image-ce379d77-6abe-4130-b13c-d34488f6backend

“Qarabağ” bu ulduz futbolçunu transfer etdi – VİDEO

image-ads-728x90

2026/27 mövsümünün transfer çalışmalarına start verən Ağdamın “Qarabağ” klubu ilk futbolçu keçidini gerçəkləşdirib. Korrekt.az xəbər verir ki, klub fransalı vinger Jali Muaddiblə 3 illik müqavilə imzalayıb.

Bu gün tibbi müayinədən keçən 25 yaşlı futbolçu 2029-cu ilin yayına qədər “Qarabağ”da çıxış edəcək. O, komandada 7 nömrəli formanı geyinəcək.

Jalinin son klubu Kipr təmsilçisi “Omoniya” (Aradippou) olub. O, karyerası ərzində Fransada “Lill” və “Anje”nin B komandalarında, həmçinin “Avranş”da, Rumıniyada “Botoşani”də çıxış edib.

Qeyd edək ki, Muaddib Fransanın U-19 milli komandasının formasını geyinib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki