image-media-170ea91a-5fe7-4946-bb28-677985a9f4d2-jmkf5v2peqctl90a8zny-620x460backend

Qarabağ və Şərqi Zəngəzurda ekoloji cinayətlər beynəlxalq hüquq müstəvisində

image-ads-728x90

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Beynəlxalq Hüquq Sahəsində Maarifləndirmə və Tədqiqatlar İctimai Birliyi tərəfindən həyata keçirilən “Qarabağ və Şərqi Zəngəzurda ekoloji cinayətlər beynəlxalq hüquq müstəvisində” layihəsi çərçivəsində nəzərdə tutulan əsas tədbirlər uğurla icra olunmuşdur.
Layihənin əsas məqsədi Qarabağ və Şərqi Zəngəzurda Ermənistan tərəfindən işğal dövründə törədilmiş ekoloji cinayətlərin beynəlxalq hüquq normaları əsasında təhlil edilməsi, sənədləşdirilməsi, ictimai müzakirəyə çıxarılması və bu istiqamətdə cəmiyyətin maarifləndirilməsinə töhfə verməkdir.
Layihə çərçivəsində ilk tədbir olaraq Azərbaycanda Atatürk Mərkəzində gənclərin iştirakı ilə geniş ictimai dinləmə keçirilmişdir. Tədbirdə beynəlxalq hüquq və ekologiya sahəsində tanınmış mütəxəssislər çıxış edərək Ermənistanın Azərbaycanın işğaldan azad olunmuş ərazilərində törətdiyi ekoloji cinayətlərin beynəlxalq hüquqi aspektlərini, ekoloji təhlükəsizlik məsələlərini və bu cinayətlərin beynəlxalq hüquqi məsuliyyət baxımından qiymətləndirilməsini iştirakçıların diqqətinə çatdırmışlar.
İctimai dinləmədə BDU Beynəlxalq Ümumi Hüquq kafedrasının müəllimi, hüquq elmləri doktoru, professor Əfsər Sadıqov, BDU Əmək və Ekologiya Hüququ kafedrasının müəllimi, hüquq elmləri doktoru, professor, Qərbi Azərbaycan İcmasının Hüquq Komissiyasının sədri Zahid Cəfərov, iqtisadçı ekspert Elman Sadıqov və BDU Əmək və Ekologiya Hüququ kafedrasının müəllimi Anar Əsədov məruzələrlə çıxış edərək iştirakçıların suallarını cavablandırmışlar.
Layihənin növbəti mərhələsində Graaf Hoteldə geniş tərkibli ekspert forumu təşkil edilmişdir. Forumda BDU Beynəlxalq Ümumi Hüquq kafedrasının müəllimi, hüquq elmləri doktoru, professor Əfsər Sadıqov, iqtisadçı ekspert Elman Sadıqov, BDU Əmək və Ekologiya Hüququ kafedrasının müəllimi Anar Əsədov, siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin baş məsləhətçisi Murad Şahverdiyev ekspert qismində iştirak etmişlər.
Forumda I Qarabağ müharibəsi qaziləri, ali təhsil müəssisələrinin beynəlxalq münasibətlər və hüquq fakültələrinin tələbələri, diaspor təşkilatlarının nümayəndələri, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri və digər maraqlı şəxslər iştirak etmiş, ekoloji cinayətlərin beynəlxalq hüquqi müstəvidə qiymətləndirilməsi, Azərbaycanın mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması və gələcək hüquqi mexanizmlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Layihənin maarifləndirmə komponenti çərçivəsində ümumilikdə 6 internet televiziya verilişi hazırlanaraq ictimaiyyətə təqdim olunmuşdur. Verilişlərdə ekoloji təhlükəsizlik, su ehtiyatlarının qorunması, beynəlxalq hüquq, ekoloji cinayətlərin hüquqi məsuliyyəti və Azərbaycanın ekoloji irsinin mühafizəsi kimi mövzular müzakirə edilmişdir.
Televiziya proqramlarının qonaqları sırasında Su Ehtiyatlarının İdarə Edilməsi üzrə Mütəxəssislər Birliyinin İdarə Heyətinin sədri Amin Məmmədov, BDU Beynəlxalq Ümumi Hüquq kafedrasının müəllimi, hüquq elmləri doktoru, professor Əfsər Sadıqov, iqtisadçı ekspert Elman Sadıqov, BDU Əmək və Ekologiya Hüququ kafedrasının müəllimi Anar Əsədov, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə və “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli iştirak etmiş, mövzu ilə bağlı ekspert rəylərini və analitik yanaşmalarını bölüşmüşlər.
Layihə çərçivəsində keçirilən ictimai dinləmə, ekspert forumu və televiziya verilişləri ekoloji cinayətlərin beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi istiqamətində elmi-praktik müzakirələrin genişlənməsinə, gənclərin və ictimaiyyətin məlumatlandırılmasına, həmçinin Ermənistanın Qarabağ və Şərqi Zəngəzurda törətdiyi ekoloji cinayətlərin beynəlxalq səviyyədə tanıdılması istiqamətində aparılan maarifləndirmə fəaliyyətinə mühüm töhfə vermişdir.

image-media-492c1132-14af-47f7-b51e-7fbf19784425-leu9571b4yfvxkrions2 image-media-d06eec03-7b5e-4e4a-adf8-616ff0975cb1-4uqjxrc16gta98zp0ev2 image-media-7ed989c4-ce81-48ce-bc9d-bb49849112b7-xgh7n4yjv295ec3romiz image-media-170ea91a-5fe7-4946-bb28-677985a9f4d2-jmkf5v2peqctl90a8zny image-media-22b498d9-e794-4682-bb79-14d5dccddc9b-xalyznf793qc2tor8mui image-media-885cbf0c-65a4-4bbf-86c8-11b0df247d8a-tyk712axczgpoej0m6lv image-media-b4dbed28-4676-45d2-8fe9-efa40f10cf20-v5tie3gwsmnchk24pfx8 image-media-71367d6a-5c8e-4612-8a50-827e5d922539-gsrane1w25qcxu80v43o image-media-6b50b0b0-20d5-4199-a344-a5cdc803d816-mrwqetb89z5ilfkouvgx image-media-170ea91a-5fe7-4946-bb28-677985a9f4d2-jmkf5v2peqctl90a8zny-620x460



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki