Qətər nümayəndə heyəti İrana səfər edib. Korrekt.az xəbər verir ki, bu barədə Fox News məlumat yayıb. Nümayəndə heyəti bu gün İran rəsmiləri ilə görüşəcək.
ABŞ dövlət katibi Marko Rubio cümə günü İranla razılaşma əldə etməkdə “az irəliləyiş” olduğunu bildirib və eyni zamanda Tehranın “heç vaxt nüvə silahına sahib ola bilməyəcəyini” qeyd edib.
Daha əvvəl İran mediası Pakistan Ordusunun Quru Qoşunlarının Qərargah rəisi, feldmarşal Seyid Asim Munirin İran və ABŞ arasında davam edən danışıqları müzakirə etmək üçün Tehrana səfəri barədə məlumat vermişdi.





















