image-img_20260312_081100backend

Rosatom yüzdən çox əməkdaşını  İrandan çıxarır

image-ads-728x90

Rusiyaya məxsus nüvə şirkəti olan Rosatom davam edən münaqişə səbəbindən 150 əməkdaşını İrandan çıxarıb. Məlumata görə, işçilər öncə Ermənistana keçərək oradan Rusiyaya yola düşüblər.

Korrekt.az xəbər verir ki, şirkətin baş direktoru Aleksey Lixaçov bildirib ki, bu əməliyyat dünən gecə həyata keçirilib. Eyni zamanda, Rosatomun hələ də 450 əməkdaşı Buşehr Nüvə Elektrik Stansiyasında qalır.

Buşehr stansiyası İranın yeganə fəaliyyətdə olan nüvə elektrik stansiyasıdır və Rusiya tərəfindən tikilib. Hazırda stansiyada daha iki reaktorun tikintisi aparılırdı, ancaq Lixaçev ötən həftə işlərin dayandırıldığını açıqlayıb.

Moskva bölgədəki artan münaqişə fonunda stansiyanın təhlükəsizliyindən narahatdır və evakuasiya qərarını bu risklərə görə verib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki