Rusiya hava hücumundan müdafiə qüvvələri ölkənin müxtəlif bölgələri üzərində gecə ərzində 151 Ukrayna pilotsuz təyyarəsini vurub.
Korrekt.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Rostov vilayətinin qubernatoru Yuri Slyusar ötən gecə hava hücumundan müdafiə sistemlərinin bölgə ərazisi üzərində 50-dən çox dronu ələ keçirdiyini və məhv etdiyini bildirib .





















