image-1backend

Rusiya Ermənistana qarşı yeni sanksiyalar paketi hazırlayır

image-ads-728x90

Rusiya Federasiyasında Ermənistana qarşı yeni sanksiyalar paketinin hazırlandığı bildirilir. Korrekt.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Məlumata görə, Ermənistan hakimiyyətinin son dövrlərdə Rusiya əleyhinə addımları fonunda Moskvada müxtəlif məhdudiyyət tədbirləri müzakirə olunur və artıq bəzi siyahılar açıq mənbələrdə də yer alıb.

Qeyd olunur ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin Ermənistana mümkün səfəri də Rusiya tərəfindən mənfi qiymətləndirilən addımlar sırasında göstərilir.

Hazırlanan sanksiyalar çərçivəsində Rusiyanın Ermənistandan mövsümi kənd təsərrüfatı məhsulları və gül idxalına, eləcə də molibden filizi və dekorativ daş kimi bəzi mədən məhsullarının alınmasına məhdudiyyətlər tətbiq etməsi nəzərdə tutulur.

Daha ciddi tədbirlərdən biri kimi isə Metsamor Atom Elektrik Stansiyası ilə bağlı müqavilələrin yenidən nəzərdən keçirilməsi göstərilir. Bildirilir ki, bu çərçivədə nüvə tullantılarının daşınması və utilizasiyası ilə bağlı mövcud razılaşmaların dayandırılması ehtimalı var.

Ekspertlər belə bir addımın Ermənistan üçün ciddi ekoloji risklər yarada biləcəyini vurğulayırlar, çünki ölkədə nüvə tullantılarının təhlükəsiz şəkildə saxlanması və emalı üçün kifayət qədər infrastrukturun olmadığı qeyd edilir.

Bundan əlavə, sanksiyalar paketinə Rusiyada fəaliyyət göstərən erməni iş adamları və dövlət qulluqçularına qarşı fərdi məhdudiyyətlərin tətbiqi də daxil edilə bilər. Bu tədbirlərə onların daşınmaz əmlak və maliyyə aktivlərinə məhdudiyyətlər, ölkəyə giriş qadağası və bəzi hallarda Rusiyadan çıxarılma daxildir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki