image-1200_0_1783612414-3730-1backend

Rusiya əsas neft emalı zavodunu BAĞLADI

image-ads-728x90

Rusiyanın Saratov vilayətində yerləşən Saratov Neft Emalı Zavodu Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) hücumundan sonra fəaliyyətini dayandırıb.

Korrekt.az xəbər verir ki, bu barədə Reuters agentliyi   məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində zavodun əsas istehsal qurğusu – sutkada 20 min metrik ton neft emal etmək gücünə malik KDU-6 ilkin emal qurğusu zədələnib. Mənbələrin bildirdiyinə görə, müəssisədə bu tip yalnız bir qurğu mövcuddur və onun sıradan çıxması emal prosesinin tam dayandırılmasına səbəb olub.

Saratov vilayətinin qubernatoru Roman Busargin dron hücumu nəticəsində bir nəfərin həlak olduğunu, bir neçə nəfərin isə yaralandığını açıqlayıb. O, hücum zamanı mülki sənaye obyektlərinə ziyan dəydiyini bildirsə də, konkret obyektin adını çəkməyib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə zərbənin Saratov Neft Emalı Zavodunun yerləşdiyi əraziyə endirildiyini bəyan edib.

Reuters yazır ki, hücumdan sonra Saratov Neft Emalı Zavodu Sankt-Peterburq Beynəlxalq Əmtəə Birjasında neft məhsullarının satışını da dayandırıb.
Qeyd olunur ki, bu, cari ildə zavodun fəaliyyətinin dron hücumları səbəbindən üçüncü dəfə dayanmasıdır. Müəssisə daha əvvəl mart və may aylarında da analoji hücumlardan sonra işini müvəqqəti dayandırmışdı.

Saratov Neft Emalı Zavodunun illik emal gücü təxminən 5,8 milyon ton təşkil edir ki, bu da Rusiyanın ümumi neft emalı həcminin 2,2 faizinə bərabərdir.

Son aylarda Ukrayna Rusiyanın enerji infrastrukturu, logistika şəbəkəsi və müdafiə sənayesi obyektlərinə zərbələri intensivləşdirib. Kiyev bu strategiya ilə Rusiyanın hərbi və iqtisadi potensialını zəiflətməyi, ordunun təchizat imkanlarını məhdudlaşdırmağı hədəflədiyini bildirir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki