image-1200_0_1780024716-3725backend

Rusiya Rumıniyanı İran dronları ilə vurdu 

image-ads-728x90

Rusiya bu dəfə Rumıniyanı vurub. Korrekt.az xəbər verir ki, Rumıniyanın Qalati şəhərində yaşayış binasına pilotsuz uçuş aparatının düşməsi nəticəsində partlayış və yanğın baş verib. Hadisə nəticəsində iki nəfər yaralanıb.
Yerli KİV-lərin məlumatına görə, dron çoxmərtəbəli yaşayış binasının onuncu mərtəbəsində yerləşən mənzilə çırpılıb.

Hadisə yerinə xilasedicilər, polis əməkdaşları, tibb işçiləri və xüsusi təyinatlı qüvvələr cəlb olunub.

Rumıniya Müdafiə Nazirliyi sonradan yaşayış binasına düşən pilotsuz uçuş aparatının Rusiyaya məxsus olduğunu təsdiqləyib. Bildirilib ki, mayın 29-na keçən gecə Rusiya Ukrayna sərhədi yaxınlığındakı mülki və infrastruktur obyektlərinə dron hücumları həyata keçirib. Dronlardan biri Rumıniya hava məkanına daxil olaraq Qalati şəhərindəki binanın damına düşüb.

Məlumata əsasən, hadisədən sonra Feteşti aviabazasından iki qırıcı təyyarə havaya qaldırılıb. Rumıniya tərəfi hədəfi zərərsizləşdirmək üçün pilotlara icazə verildiyini açıqlayıb. Eyni zamanda Tulça, Qalati və Brăila bölgələrinin sakinlərinə Ro-Alert sistemi vasitəsilə xəbərdarlıq göndərilib.

Rumıniya Milli Müdafiə Nazirliyi vəziyyətin nəzarətdə saxlanıldığını və yeni məlumatların ictimaiyyətə təqdim olunacağını bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki