image-1backend

Rusiya Ukraynada mövqelərini itirir- The Economist

image-ads-728x90

The Economist yazır ki, Ukraynada qısamüddətli atəşkəsin belə baş tutmaması müharibənin yaxın zamanda başa çatmayacağını göstərir. Nəşrin təhlilinə görə, döyüşlərin intensivliyi yüksək olaraq qalsa da, müharibənin gedişində müəyyən dəyişikliklər müşahidə olunur.

Məqalədə qeyd edilir ki, Rusiya ordusunun itkiləri ağır olaraq qalır və işğalçı qüvvələrin yaz hücumu faktiki olaraq dayanıb. Nəşrin hesablamalarına əsasən, Rusiya bu il 2023-cü ilin oktyabrından bəri ilk dəfə kiçik, lakin nəzərəçarpacaq ərazi itkiləri ilə üzləşib.

“The Economist”in məlumatına görə, 12 may tarixinədək müharibədə həlak olan rus hərbçilərinin sayı 280 min ilə 518 min arasında qiymətləndirilir. Yaralılar da daxil olmaqla ümumi itki sayının isə 1,1 milyon ilə 1,5 milyon arasında olduğu bildirilir.

Nəşr vurğulayır ki, bu göstərici Rusiyanın müharibədən əvvəl çağırış yaşında olan kişi əhalisinin təxminən 3 faizinin öldüyünü və ya yaralandığını göstərir.

Jurnalistlər qeyd edirlər ki, böyük insan itkisinə baxmayaraq, Rusiya cəbhədə ciddi irəliləyiş əldə edə bilmir. Məqalədə bildirilir ki, döyüş meydanı getdikcə daha mürəkkəb xarakter alır. Ukrayna dronlarının cəbhə xəttindən uzaq ərazilərdə belə Rusiya qüvvələrini hədəfə alması işğalçı ordunun təhlükəsiz şəkildə qüvvə və texnika daşımasını çətinləşdirir.

Nəşrin təhlilinə əsasən, Rusiya bu il Ukrayna ərazisinin cəmi 220 kvadrat kilometrini, yəni ölkə ərazisinin təxminən 0,04 faizini nəzarətə götürə bilib.

Bununla yanaşı, Ukrayna ordusunun son vaxtlar bəzi əraziləri geri qaytardığı qeyd olunur. Məlumata görə, Ukrayna Silahlı Qüvvələri son dövrdə təxminən 189 kvadrat kilometr ərazini geri alıb.

“The Economist” hesab edir ki, Rusiya yay hücumuna hazırlığı təxirə sala bilər və bu proses müharibədə dönüş nöqtəsinə çevrilə bilər.

Bu arada, Ukrayna Müdafiə Qüvvələrinin Rusiyanın bir sıra hərbi obyektlərinə zərbələr endirdiyi bildirilir. Məlumata görə, Dağıstanda yerləşən “10410 Layihəsi” sərhəd patrul gəmisi də hədəfə alınıb.

Ukraynanın Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi bildirib ki, mayın 16-dan 17-nə keçən gecə Ukrayna qüvvələri həm Rusiya ərazisində, həm də işğal altındakı Ukrayna torpaqlarında yerləşən 46 hərbi obyektə qarşı 186 zərbə həyata keçirib.

Hərbi ekspert Pavlo Lakiyçuk isə bildirib ki, Rusiya ordusu ən döyüş qabiliyyətli bölmələrini Pokrovsk və Kostyantinivka istiqamətlərinə cəmləşdirərək Donbasın şimal-qərbində Ukrayna qüvvələrini mühasirəyə almağa çalışır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki