Ermənistan və Azərbaycan Rusiya vətəndaşlarının İrandan təxliyəsində əhəmiyyətli kömək göstəriblər. Korrekt.az-ın məlumatına görə , bunu TASS-a verdiyi müsahibədə Rusiya Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin direktoru Aleksey Klimov bildirib.
Diplomat qeyd edib ki, “Ermənistan və Azərbaycan İrandan soydaşlarımızın təxliyəsində əhəmiyyətli kömək göstəriblər. Beləliklə, Tehrandakı Rusiya səfirliyinin ilkin tələbi ilə Bakı rusiyalılara 2020-ci ildən bəri fərdi keçid üçün bağlanmış Astara sərhəd keçid məntəqəsindən istifadə etməyə icazə verib”.





















