Rusiyada milyarder İT iş adamı Sergey Matsotskiyə qarşı rüşvət işi üzrə istintaq yenidən bərpa olunub.
İstintaq orqanlarının məlumatına görə, Matsotski barəsində qiyabi həbs qərarı yenidən qüvvəyə minib. Korrekt.az xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məhkəmə sənədlərinə istinadən məlumat yayıb.
Qeyd edək ki, Matsotskiyə qarşı cinayət işi ilk dəfə 2025-ci ilin aprel ayında başlanıb. O, xüsusilə külli miqdarda rüşvət verməkdə ittiham olunur və həmin vaxt da onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilmişdi. Lakin 2025-ci ilin avqust ayında cinayət təqibi dayandırılmışdı.
Daha əvvəl məlumatlı mənbələr bildirirdi ki, iş Matsotskinin iddia edilən cinayətdə iştirakının sübuta yetirilməməsi səbəbindən bağlanıb. Bununla belə, mövcud materiallara əsasən, bu qərar 2025-ci ilin sentyabrında ləğv edilib.
Hazırda Sergey Matsotski Rusiya Federasiyası Cinayət Məcəlləsinin 291-ci maddəsinin 5-ci hissəsi ilə — xüsusilə külli miqdarda rüşvət vermə ittihamı üzrə iki epizodda qiyabi ittiham olunur. Onun beynəlxalq axtarışa verildiyi və Rusiyada qiyabi həbs olunduğu bildirilir.





















