1 iyul tarixindən etibarən Rusiyaya vizasız girişi olan xarici vətəndaşlarla bağlı yeni qaydalar qüvvəyə minir.

Korrekt.az xəbər verir ki, Azərbaycan vətəndaşları da daxil olmaqla, Rusiyaya vizasız gedənlər ölkəyə girişdən əvvəl xüsusi tətbiq vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Bunun üçün xüsusi Gosuslugi RuID mobil tətbiqindən istifadə edilməlidir. Giriş üçün müraciət həmin tətbiq vasitəsilə sərhədi keçməzdən ən geci 72 saat əvvəl təqdim olunur.

Müstəsna səbəblər olduqda (məsələn, yaxın qohumun xəstəliyi və ya ölümü), ərizə girişdən 4 saat əvvəl təqdim edilə bilər.