Rusiyada miqrantlara nəzarəti gücləndirəcək yeni təşəbbüs gündəmə gəlib.
Korrekt.az xəbər verir ki, Rusiya daxili işlər nazirinin müavini İqor Zubov Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin iclasında bildirib ki, ölkəyə gələn miqrantların xüsusi telefon əldə etməsi məcburi ola bilər.
Onun sözlərinə görə, həmin telefonda miqrantın elektron profili yerləşdiriləcək və hüquq-mühafizə orqanları onun yerləşdiyi məkanı müəyyən edə biləcəklər.
Zubov qeyd edib ki, bu sistem miqrantların sənədlərinin etibarlılıq müddətinin başa çatması, eləcə də polisə və ya digər dövlət qurumlarına gəlmələrinin zəruri olduğu hallarda onlara operativ bildiriş göndərməyə imkan verəcək.Musavat.com





















