image-1777493199_2025-04-06t091317z_1715454452_rc2lrda9ovsh_rtrmadp_3_ukraine-crisis-drones-scaledbackend

Rusların qorxulu kabusu – Ukrayna dronları…

image-ads-728x90

Üç şeyi sonsuz izləmək olur: alovun yanması, suyun axması… və “Madyarın Şahinləri”nin bir-birinin ardınca Rusiya tankerlərinə zərbə endirməsi. Pilotsuz Sistemlər Qüvvələrinin komandiri Robert “Madyar” Brovdinin sözlərinə görə, 8 iyul gecəsi Azov dənizində Rusiya “kölgə donanması”nın doqquz tankeri vurulub. Ümumilikdə, son 72 saat ərzində donanmanın 21 bölməsi vurulub: 19 tanker, bir quru ərzaq daşıyıcısı və Kerçdə bir bərə. Ukrayna ordusu Azov dənizində doqquz Rusiya tankerinə zərbə endirdiyini elan edib.

Bundan əlavə, Krımda altı elektrik yarımstansiyası vurulub. Son səkkiz gün ərzində 50 enerji infrastrukturu obyektinə hücum edilib. İnfrastruktura edilən zərbələr Krımda və Xerson bölgəsindəki yaşayış məntəqələrini elektrik və susuz qoyub.

Rostov vilayətinin qubernatoru Yuri Slyusar 8 iyul səhəri Taqanroq körfəzində iki tankerə dron hücumları olduğunu təsdiqləyib. O bildirib ki, iki nəfər yaralanıb və heyət tankerlərdən birindən təxliyə olunmalı olub.

Rusların dron qorxusu o həddə çatıb ki, bütün yük maşınlarını yoxlamağa başlayıblar. Kemerovo Ukrayna dronlarını dayandırmağın bir yolunu yük maşınlarını yoxlamaqda tapıb.
Kuzbass hakimiyyəti elan edib ki, şəhərin bütün əsas girişlərindəki yük maşınları artıq təkcə yol polisi və Rusiya Milli Qvardiyası tərəfindən deyil, həm də müharibə veteranları birliyinin üzvləri tərəfindən yoxlanılacaq. Qubernator İlya Seredyukun sözlərinə görə, tədbirlər dron hücumları təhlükəsi ilə əlaqədardır. Artıq bütün gələn yük maşınları xüsusi yoxlama məntəqələrində yoxlanılacaq və şəhərdə ağır tonnajlı nəqliyyat vasitələrinin toplanması qadağandır…

Dadaş Əhmədli



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki