Böyük Britaniyada Şahzadə Beatris və əri ABŞ-a köçmək niyyətindədirlər. Xatırladaq ki, Beatris Böyük Britaniya Kralı III Çarlzın titulsuz qardaşı Şahzadə Endryu Mauntbatten-Vindzorun qızıdır. Ölkəni tərk etməsinin səbəbi atası, keçmiş Şahzadə Endryu ilə bağlı qalmaqal və amerikalı pedofil maliyyəçisi Ceffri Epşteynin əlaqələridir. Korrekt.az xəbər verir ki, bu barədə The Daily Mail məlumat yayıb. Nəşrin məlumatına görə, Beatris və əri qalmaqalla əlaqəli səs-küydən birdəfəlik qurtulmaq və xaricdə yeni bir həyata başlamaq istəyirlər.
Xatırladaq ki, York şahzadəsi tituluna sahib olan Beatris 2020-ci ildə italyan iş adamı və aristokrat Edoardo Mapelli-Mozzi ilə evlənib. Onların Sienna Elizabeth və Afina Elizabeth Rose adlı iki qızı var.





















