Bu gün SEPAH ABŞ-yə məxsus MQ-9 Reaper pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb.
Korrekt.az xəbər verir ki, PUA Hörmüz boğazı istiqamətindən ölkə ərazisinə yaxınlaşdıqdan sonra Buşehr əyalətinin sahilyanı Cəm şəhəri yaxınlığında hədəfə alınıb. SEPAH bildirir ki, pilotsuz uçuş aparatı hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq məhv edilib.





















