İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin silahlı qüvvələrinin hər zamankından daha hazırlıqlı olduğunu və ABŞ-İsrail ilə müharibənin yenidən başlaması halında fərqli növ silahlar yerləşdirəcəklərini bildirib.
Korrekt.az xəbər verir ki, yarı rəsmi “Tasnim” xəbər agentliyinə danışan SEPAH sözçüsü Sərdar Mohebbi Tehranın bütün mümkün ssenarilərə hazır olduğunu söyləyərək, son münaqişələrin İranın hərbi müqavimətini göstərdiyini müdafiə edib.
“Hazırda silahlı qüvvələrimizin hazırlığı keçmişə nisbətən daha çoxdur” ifadəsini işlədən sözçü genişmiqyaslı hərbi imkanlar yerləşdirməsinə baxmayaraq, Amerika Birləşmiş Ştatlarının Hörmüz boğazının nəzarətini İrandan ala bilmədiyini iddia edib.
Mohebbi Vaşinqtonun strateji su yolunu ‘bir neçə dəqiqəliyə belə olsa’ İranın nəzarətindən çıxara bilmədiyini və bunun, münaqişə zamanı ABŞ-nin hədəflərinə çata bilməməsinin sübutu olduğunu deyib.





















