image-1backend

SEPAH: “Hörmüz boğazı bizim üçün daha geniş strateji zona olub”

image-ads-728x90

SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin siyasi məsələlər üzrə müavini Məhəmməd Əkbərzadə bildirib ki, Hörmüz boğazı yeni plan çərçivəsində İran üçün daha geniş strateji ərazi kimi müəyyən edilib.

Korrekt.az xəbər verir ki, onun sözlərinə görə, bu yeni yanaşma ilə Hörmüz boğazının əhatə dairəsi genişləndirilib və Cask və Siri sahillərindən böyük adaların o tayına qədər uzanan bir zona kimi nəzərdən keçirilir.

Əkbərzadə deyib ki, İran bölgədəki addımları diqqətlə izləyir və “təxribat” hesab edilən istənilən addıma cavab verməyə hazırdır.

O əlavə edib ki, İran dünya enerji daşımaları üçün kritik əhəmiyyət daşıyan Hörmüz boğazında fəaliyyətini davam etdirir və daha geniş dəniz strategiyası tətbiq edir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki