İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) İsrail və ABŞ hərbi qüvvələrinə 2 tonluq döyüş başlığı olan raketlər atıb.
İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) İsrail və ABŞ-a qarşı əməliyyatlarının son mərhələsi çərçivəsində 2 tonluq döyüş başlığı olan raketlərdən istifadə edib.
Korrekt.az xəbər verir ki, bu barədə İslam Respublikasının dövlət televiziyası məlumat yayıb.
Bəyanatda deyilir: “Əsl Vəd 4 Əməliyyatının 43-cü mərhələsi çərçivəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının bazasına və bir neçə digər ABŞ hərbi bazasına, eləcə də İsrailin Təl-Əviv və Eylat şəhərlərinə hücum etdik. 2 tonluq döyüş başlığı olan Xorrəmşəhr raketlərindən, eləcə də 1 tonluq döyüş başlığı olan Emad və Xayber Şekan raketlərindən istifadə etdik”.





















