Bu gün İran İnqilabının Keşikçiləri Korpusu (SEPAH) yeni bəyanat yayaraq, İrana qarşı hər hansı mümkün hücumun genişmiqyaslı nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Korrekt.az xəbər verir ki, bəyanatda qeyd olunur ki, əgər İrana yenidən hücum edilərsə, “müharibənin regionla məhdudlaşmayacağı və gözlənilməz coğrafiyalarda təsir göstərə biləcəyi” iddia edilir.
SEPAH-ın açıqlamasında ABŞ və İsrailə ünvanlanan sərt ifadələr yer alıb və mümkün hərbi qarşıdurma halında “daha geniş miqyaslı cavab veriləcəyi” vurğulanıb.





















