Rusiya Prezidenti Vladimir Putin Çin Xalq Respublikasının Sədri Si Cinpinlə danışıqlar aparacağı Pekindəki Xalq Yığıncaqları Zalına gəlib.
Korrekt.az TASS-a istinadən xəbər verir ki, bundan əvvəl Rusiya nümayəndə heyəti üçün Tiananmen meydanında rəsmi qarşılanma mərasimi təşkil olunub.
Hazırda tərəflər arasında danışıqlar aparılır.
Rusiya və Çin Yaxşı Qonşuluq, Dostluq və Əməkdaşlıq Müqaviləsinin müddətinin uzadılması barədə razılığa gəliblər. Bu barədə Çin Xalq Respublikasının sədri Si Cinpin Pekində Rusiya Prezidenti Vladimir Putinlə görüşündə bildirib.
Qeyd edək ki, Vladimir Putin mayın 19-da Çinə ikigünlük rəsmi səfərə gəlib.





















