“Rusiya Sankt-Peterburq danışıqlarında Amerika tərəfinin təqdim edəcəyi təklifləri dinləyəcək”
“Rusiya Sankt-Peterburq danışıqlarında Amerika tərəfinin təqdim edəcəyi təklifləri dinləyəcək”.
Korrekt.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O, Moskvanın onlar üçün siyasi güzəşt etməyəcəyini bildirib: “Əgər onlar bizim üçün iqtisadi və maliyyə baxımından faydalı bir şey təklif edirlərsə, niyə də olmasın?”.
O, həmçinin “yalnız özünə güvənməyə” və “Rusiyanı bütün qlobal məsələlərdə önə çıxaracaq” siyasi rəğbət gözləməməyə çağırıb.
Bundan əlavə, Lavrov hesab edir ki, Vaşinqtonun qərarlarına, o cümlədən Rusiyanın enerji sektoruna qarşı yeni sanksiyaların təxirə salınmasına heyran olmağın mənası yoxdur: “Biz heç bir möcüzə gözləmirik. Biz ən yaxşı halda rəqiblərimiz, ən pis halda isə düşmənlərimiz olduğu fərziyyəsindən çıxış etməliyik. Onlar ədalətli rəqabətə hazır deyillər”.
Qeyd edək ki, bu gün ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiyaya səfər edib. Bu gün Uitkoff Sant-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.





















