image-1backend

Ceyk Sallivan: “İrana zərbələr nüvə problemini həll etməyəcək”

image-ads-728x90

ABŞ-nin keçmiş milli təhlükəsizlik müşaviri Ceyk Sallivan İrana qarşı hərbi zərbələrin ölkənin nüvə proqramını tamamilə aradan qaldıra bilməyəcəyini bildirib. O, Tehranla nüvə razılaşmasının əldə olunmasının vacibliyini vurğulayıb.

Korrekt.az xəbər verir ki, bu barədə İranın “Entekhab” nəşri məlumat yayıb.

Sallivanın sözlərinə görə, hərbi hücumlar İranın nüvə proqramının inkişafını müəyyən müddətə ləngidə bilər. Lakin bu, ölkənin zənginləşdirilmiş uran ehtiyatlarını, sentrifuqalarını və nüvə sahəsində çalışan alimlərini aradan qaldırmayacaq.

“İranı bombalamaqla onun nüvə proqramını geri sala bilərsiniz. Ancaq nəticədə ölkənin əlində yenə də zənginləşdirilmiş uran, sentrifuqalar və alimlər qalacaq. İranın nüvə silahı hazırlamaq istiqamətində irəliləməsinə yoxlanıla bilən məhdudiyyətlər qoymağın yeganə yolu razılaşma əldə etməkdir”, – deyə Sallivan bildirib.

Onun fikirləri İranın nüvə proqramı ilə bağlı problemin yalnız hərbi vasitələrlə həllinin mümkünlüyü məsələsini yenidən gündəmə gətirir.

 



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki