Dünən İranın dövlət televiziyası olan IRIB News-da yayımlanan bir neçə proqramda studiyada əlində tüfəng tutan aparıcıların çıxış etməsi və yüngül silahların istifadəsi ilə bağlı təlim görüntüləri yer alıb.
Korrekt.az xəbər verir ki, verilişlərdə aparıcılar zərurət yaranacağı halda “müharibəyə qoşulmağa hazır olduqlarını” bəyan ediblər. Yayımın ən azı üç epizoddan ibarət olduğu və daha sonra yerli mediada yenidən paylaşıldığı bildirilir.
Sosial şəbəkələrdə bu görüntülər geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər proqramları mümkün hərbi səfərbərliyin işarəsi kimi qiymətləndiriblər.
Amerikalı siyasi şərhçi Cekson Hinkel açıqlaması isə dünya mediasında çaxnaşmaya səbəb olub. Amerikalı siyasi şərhçi iddia edib ki, ABŞ quru əməliyyatına başlayacaq. Siyasi şərhçi X hesabında yazaraq bu verilişləri də elə salıb. “İran dövlət televiziyasının aparıcılarının silahla efirə çıxması “ABŞ-nin mümkün quru əməliyyatına başlamasına hazırlıq mesajı”dır.”- yazıb.





















