image-1backend

SON DƏQİQƏ :SEPAH komandanı silahlı hücumda yaralandı 

image-ads-728x90

Sistan və Bəluçistan əyalətinin Rask şəhərində hərbi karvan silahlı şəxslərin hücumuna məruz qalıb. Korrekt.az xəbər verir ki,  bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb. Hadisə nəticəsində SEPAH-ın yerli komandanı Mahmud Bağbani yaralanıb və hazırda Zahedandakı xəstəxanada müalicə olunur.

Məlumata görə, üç nəqliyyat vasitəsindən ibarət hərbi karvan Cakiqur kəndi yaxınlığında hərəkətdə olarkən naməlum silahlı şəxslər tərəfindən atəşə tutulub. Hücum zamanı Bağbani ilə yanaşı, digər təhlükəsizlik qüvvələrinin də yaralandığı bildirilir.

Yerli mənbələr bölgədə təhlükəsizlik vəziyyətinin gərgin olduğunu qeyd edir. Ötən ilə dair statistik məlumatlara əsasən, Sistan və Bəluçistan və ətraf ərazilərdə 95 hərbçi silahlı hücuma məruz qalıb. Onlardan 60-ı həlak olub, 35-i isə yaralanıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki