Samuxda ölümlə nəticələnən hadisə baş verib.
Korrekt.az xəbər verir ki, hadisə Mingəçevir Su Anbarının Samux rayonundan keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, “MAZ” markalı yük avtomobilin aşması nəticəsində 1 nəfər çayda boğularaq ölüb, 2 nəfər isə sudan çıxa bilib.
Ölən şəxsin Dövlət Sərhəd Xidmətinin əsgəri olduğu ehtimal edilir. Onun axtarışları davam edir.
Faktla bağlı araşdırma başlanılıb.
***
DSX-dən bildirilib ki, iyul ayının 1-də Samux rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbi qulluqçusu, kiçik gizir Nəzərov Vüsal Zabil oğlunun olduğu avtomobil sürüşərək çay yatağına düşüb:
“Məlumat daxil olduqdan dərhal sonra Dövlət Sərhəd Xidməti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən hadisə yerində həyata keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində hərbi qulluqçunun nəşi aşkar edilib”.





















