Xarici KİV-lərin məlumatına görə, Pakistan Hərbi Hava Qüvvələri Əfqanıstanın Qəndəhar şəhərində Talibanın kəşfiyyat qərargahına hava zərbələri endirib.
Korrekt.az xəbər verir ki, hücum zamanı Taliban rəhbərliyi gizli toplantı keçirirmiş və nəticədə kəşfiyyat rəhbərliyinin demək olar ki, bütün üzvləri həlak olub.
Daha əvvəl isə Milli Müqavimət Cəbhəsi sosial şəbəkələrdə yaydığı açıqlamada Əfqanıstanda hakimiyyətdə olan Taliban hərəkatının ali lideri Heybətullah Axundzadənin Pakistanın həyata keçirdiyi hücum nəticəsində öldürülüb.
Axundzadənin ölümünü onun ailə üzvləri təsdiqləyib.





















