image-1backend

SON DƏQİQƏ:Tramp atəşkəs elan etdi, İran isə qələbə qazandığını bildirir

image-ads-728x90

ABŞ prezidenti Donald Tramp İranla bağlı gərginlik fonunda iki həftəlik atəşkəs elan edib. Vaşinqton rəhbəri bildirib ki, ABŞ artıq qarşıya qoyulan hərbi məqsədlərə nail olub və bundan sonra diplomatik prosesə daha çox vaxt ayrılacaq.
Korrekt.az xəbər verir ki, atəşkəs İranın Hormuz Boğazı üzərində nəqliyyatın “tam və dərhal” bərpasına razılıq verməsi şərti ilə qüvvəyə minib. Tramp qeyd edib ki, Tehran tərəfindən Pakistan vasitəsilə təqdim olunan 10 bəndlik təklif danışıqlar üçün müəyyən əsas yaratsa da, hələlik kifayət qədər qənaətbəxş hesab olunmur.

ABŞ prezidenti xəbərdarlıq edib ki, müəyyən edilmiş müddət ərzində yekun razılıq əldə olunmasa, yeni və daha genişmiqyaslı hava hücumları həyata keçirilə bilər.

Rəsmi Tehran isə baş verənləri fərqli qiymətləndirərək bunu ABŞ üçün “tarixi və sarsıdıcı məğlubiyyət” kimi təqdim edib. İran tərəfi iddia edir ki, Vaşinqton danışıqların əsası kimi məhz Tehranın 10 maddəlik planını qəbul etməyə məcbur olub.

İranın Ali Milli Təhlükəsizlik Şurasının açıqlamasına görə, ABŞ-la danışıqlar aprelin 10-da Islamabad şəhərində başlayacaq. İlkin mərhələdə iki həftəlik müddət nəzərdə tutulur və tərəflərin razılığı ilə bu müddət uzadıla bilər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki