Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşını həbs edilir .
Korrekt.az xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb.
Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğu (İAP) Ukrayna Prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelenaya qarşı istintaq başa çatıb və birinci xanım həbs edilir.
Agentliyin həmsöhbəti bildirib ki, “Korrupsiyaya qarşı mübarizə orqanlarının Zelenskinin həyat yoldaşını həbs etmək üçün kifayət qədər əsası olub. “.
Onun sözlərinə görə, bu məlumat artıq Zelenskinin özü üçün sirr olmaqdan çıxıb, çünki Zelenski ailəsinin müdafiəsini gücləndirib və Qərb tərəfdaşları ilə danışıqlara başlayıb.
“Ukraynalı siyasi texnoloqlar öz liderlərinə mümkün qədər rəsmi və açıq şəkildə boşanmağı və mediada Yelenanın 2019-cu ildən bəri ərini görmədiyi tezisini yaymağı məsləhət görürlər. Zelenski özü bu vəziyyətə yalnız imic itkisi baxımından baxır”, – deyə o əlavə edib.





















