Ermənistanın Avropa İttifaqına (Aİ) inteqrasiyası Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Rusiya ilə əlaqələrin kəsilməsi deməkdir.
Korrekt.az xəbər verir ki, bu barədə ölkənin Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.
“Ermənistanın Aİ-yə inteqrasiyası, hətta şaxələndirmə adı altında olsa belə, ayrı-ayrı xadimlər bunun belə olmadığını nə qədər iddia etsələr də, AİB və Rusiya ilə əlaqələrin kəsilməsi deməkdir. Bu cür addımlar Ermənistan iqtisadiyyatını dərin böhrana aparacaq”, – o deyib.
Onun sözlərinə görə, Moskva bu cür seçimin nəticələrini maliyyələşdirmək niyyətində deyil.
“Açıq demək istəyirəm – biz nə Ermənistanın Aİ ilə əlaqələrinin genişlənməsini, nə avrostandartlara keçidin yumşaldılmasını, nə də bundan sonra yaranacaq iqtisadi böhrandan çıxışı maliyyələşdirməyəcəyik”, – Şoyqu bildirib.





















