image-1backend

Stalinin qorxduğu Məşədi Kazım kim idi?

image-ads-728x90
Azərbaycan daxil olmaqla Rusiya imperiyasına daxil olunan bütün ərazilərdə böyük hörmətə malik kriminal aləmin o dövrdə şəksiz lideri Rəşid oğlu Məhərrəm idi. İlk qanuni oğrulardan biri olmaqla, o, həm həbsxanada, həm də Bakıda və Azərbaycanda kriminal aləmə nəzarət edirdi.
Onun ölümündən sonra Rusiya imperiyasının bütün ərazilərində ən tanınan kriminal liderlərindən biri Məşədi Kazım olur. Məşədi Kazım (Kazım bəy, rusdilli mənbələrdə isə Мешади Казым) XX əsrin əvvəllərində, xüsusən Polşa, Sankt-Peterburq və Bakı cinayət aləmində iz qoymuş, dövrünün ən təhlükəli və peşəkar killerlərindən biri sayılırdı.
Onun adı həm çar Rusiyasının gizli polis orqanlarının hesabatlarında, həm də dövrün siyasi xadimlərinin xatirələrində keçir. Məşədi Kazım psixoloji olaraq ətrafındakı insanlarda böyük vahimə yaradan bir obraz olub. Onun haqqında xatirələrdə və ya arxiv sənədlərində fiziki gücündən çox, soyuqqanlılığı və amansızlığı vurğulanır.
Balaxanıda (Maştağa da deyilir) anadan olan Kazım bəyə Bakı qoçuları Məşədi deyirdilər. Çünki gənc yaşlarında ailəsi onu bura ziyarətə aparıb. Məşədi Kazım fiziki gücü, silah işlətmək bacarığı və ən əsası, heç nədən qorxmamağı ilə bütün Bakıda tanınırdı. Sankt-Peterburqun məşhur “Krestı” həbsxanasında özünə ad san qazanan Məşədi Kazım o dövrün kriminal aləmində birinci adam hesab olunur. O dövrün cinayət aləmində Koba yaxud “Kürən Coşka” adı ilə tanınan İosif Cuqaşvili onun adı gələndə qorxusundan o olan yerə gələ bilmirdi.
Stalin cavan vaxtları Bakıda bolşevizmin təbliğatın aparmaqla yanaşı cinayət işlərilə də məşğul olurdu. Milyonçu Musa Nağıyevin oğurlanması, poçt qatarlarının və neft mədənlərinin soyulması Stalinin dəstəsi məşğul olurdu. Əlbətdə bu Bakıda söz sahibi olan qoçuların xoşuna gəlmirdi. Lakin onlar tutarlı səbəb tapa bilmirdilər ki, gürcü balasının ayağını Bakıdan kəssinlər.
Məşədi Kazım bunu eşidir və gürcü oğrusunu öldürmək qərarına gəlir.
1908-ci ildə o, Stalini ləğv etmək üçün “Krestı” həbsxanasından Bakındakı Bayıl qazamatına sürgün edilmişdi. İosif Cuqaşvili həmin vaxt cəzasını Bakıda çəkirdi. O, həbsxana həyətində gəzəndə Məşədi Kazım ona yaxınlaşır və anbarın arxasına aparır. O, dövrdə həmin həbsxanada siyasi fəaliyyətinə görə cəza çəkən Məhəmməd Əmin Rəsulzadə də olur. O, görür ki, ikisi anbarın arxasına keçir, onların ardınca gedir.
Məşədi Kazım Stalini hündür divara sıxıb, ona bıçaq zərbəsi endirmək istəyir. Özünü çatdıran Rəsulzadə Məşədi Kazımın əlindən dartır, həbsxanada onun əlindən tutmaq həddindən artıq böyük cəsarət idi.
— Sənə nə lazımdır? — deyə təəccüblənmiş Məşədi Kazım Rəsulzadəyə müraciət edir.
Onlar bir qədər kənara çəkilirlər, bu vaxt isə qorxudan yarıcan olmuş Stalin divar boyu aşağı sürüşürdü. Rəsulzadə Məşədi Kazımı Stalini öldürməməyə razı salmağa çalışır, ona pul təklif edir.
Məşədi Kazım nə deyəcəyini bilmir, söz tapmır. O, Rəsulzadə haqqında, onun dissidentliyi və siyasi fəaliyyəti barədə eşitmişdi, Ona görə də, onun xətrinə Stalinə üz tutaraq deyir:
– Bu dəfə bu gürcünün bəxti gətirdi, gələn dəfə gözümə görünmə! Mən bir dəfə deyirəm, təkrar etməyəcəyəm! — Məşədi Kazım bütün bunları birnəfəsə deyib, sonra bir kölgə kimi yox olur.
Nəticədə Stalinin həyatı xilas olur.
Rəsulzadənin xatirələrində dediyi kimi, onun “gözlərinin alışıb yanması və ondan meyit qoxusunun gəlməsi” Stalinə anlatmışdı ki, Məşədi Kazım ikinci dəfə onu görsə öldürəcək. Buna görədə Rəsulzadə Stalini götürüb Novxanıya aparır və onun atası Hacı Ələkbər olmaqla Stalini çox yaxşı qarşılayırlar.
Rəsulzadənin anası Maral xanım “biğl dost” dediyi Stalin üçün yemək hazırlığı görür.
Bir gecə onlarda qalan Stalini səhər Bakıdan yola salmaq istəyən zaman görür ki, kəndə gələn qoçunun qohumları onları axtarır. Hacı Ələkbər “Məscid Allahın evidir, yəqin, qonağı orada gizlətsək, onu tapmazlar” deyib Stalini Şah Sultan Hüseyn” məscidinə gətirir. Onu moizə oxuduğu minbərin altında gizlədir və bir neçə gündən sonra gizli yola Bakıda çıxardırlar.
Məşədi Kazımın sonrakı taleyi haqqında dəqiq arxiv sənədləri olduqca azdır. Lakin 1917-ci ildə azadlığa çıxdığı ehtimal olunur. Bəzi mənbələrə görə isə, Sovet hakimiyyətinin ilk illərində Bakıda köhnə qoçu intiqamlarının və ya bolşeviklərin təmizləmə əməliyyatları zamanı öldürülüb.
Məşədi Kazım qarşısında düşdüyü o rəzil, aciz və qorxmuş vəziyyət onun ən böyük psixoloji kompleksinə çevrildi. O, sonralar böyük bir imperiyanın rəhbəri olanda belə, kiminsə onun Bakı həbsxanasında bir qoçunun qarşısında qorxudan tir-tir əsdiyini, divardan aşağı sürüşdüyünü bilməsini istəmirdi. Ona görə də bu hadisəni bilənlərin əksəri qətl edildi.
Mənbələr:
Троцкий, Л. Д. Сталин (в двух томах). Том 1. Москва: “Терра”, 1990
Радзинский, Э. С. Сталин. Москва: “Вагриус”, 1997.
Монтефиоре, С. С. Молодой Сталин . Москва: “АСТ”, 2014.
Azərbaycan Respublikası Dövlət Tarix Arxivi -1907–1910-cu illərə aid hesabatlar və məhbus işləri
Prof.Dr.Zaur Əliyev


image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki