Şirkətin fəaliyyətini dayandırdığı iddia olunur. Son aylarda şirkətdən narazı qalan çoxsaylı vətəndaşlar ödəniş etdikləri halda vəd edilən xidmətləri ala bilmədiklərini, maddi ziyana düşdüklərini bildirirlər.
Şikayətçilərin sözlərinə görə, müxtəlif məbləğlərdə ödəniş etdikdən sonra onların xaricdə təhsil prosesinin təşkil ediləcəyi vəd edilsə də, sonradan şirkətlə əlaqə saxlamaq mümkün olmayıb.
Bir çox vətəndaş pullarının geri qaytarılmadığını və məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etdiklərini bildirir.
Narazılıqların mərkəzində şirkətin rəhbəri Aisa Aslanovanın adı hallanır.
Məsələ ilə bağlı A.Aslanova ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilməyib.Bakıvaxtı.az






















