image-timthumbbackend

Tramp: “İrana bu gün hücum etməyəcəyik”

image-ads-728x90

ABŞ prezidenti Donald Tramp bu gün İrana hücum edilməyəcəyini açıqlayıb.

Korrekt.az xəbər verir ki, o qeyd edib ki, Qətər əmiri Təmim bin Həməd Əl-Sani, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman Əl-Səud və Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayed Əl-Nəhyan ciddi danışıqlar aparıldığı üçün İran İslam Respublikasına qarşı planlaşdırılan hərbi hücumu təxirə salmağı xahiş ediblər və onların sözlərinə görə, ABŞ və region ölkələri üçün məqbul olacaq bir razılaşma əldə edilə bilər.
Trampın sözlərinə görə, bu razılaşmanın vacib şərtlərindən biri “İranda nüvə silahının olmaması” olmalıdır.

O, həmçinin bildirib ki, yuxarıda adı çəkilən liderlərə hörmət əlaməti olaraq ABŞ Müdafiə Nazirinə, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrinə və ABŞ ordusuna planlaşdırılan zərbəni həyata keçirməməyi, eyni zamanda ehtiyac yaranarsa, istənilən vaxt genişmiqyaslı əməliyyatlara hazır olmağı tapşırıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki