Dünən ABŞ prezidenti Donald Trampın İrana zərbələrin endirilməsi ilə bağlı əmri Türkiyənin paytaxtı Ankarada olarkən verdiyi açıqlanıb.
Korrekt.az xəbər verir ki, bununla bağlı, “Axios” portalının jurnalisti Barak Ravid Ağ Ev administrasiyasındakı mənbələrə istinadən “X” hesabında yazıb.
Məlumata görə, NATO sammitində iştirak etmək üçün Ankarada olan Tramp İrana zərbə planını burada təsdiqləyib və əməliyyatın icrası barədə göstəriş verib.
Bildirilir ki, ABŞ prezidenti qərar qəbul etməzdən əvvəl dövlət katibi Marko Rubio, müharibə naziri Pit Heqset, maliyyə naziri Skot Bessent və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn ilə müşavirə keçirib.





















