image-1backend

Tramp: Mən bunu bacardım

image-ads-728x90

ABŞ Prezidenti Donald Tramp NATO-nun sammiti çərçivəsində keçirilən görüş zamanı keçmiş ABŞ prezidentləri Corc Buş, Barak Obama və Co Baydeni NATO üzvlərini müdafiə xərclərini artırmağa təşviq etmədiklərinə görə tənqid edib.

Korrekt.az xəbər verir ki, Tramp NATO-nun yeganə iş sessiyasından əvvəl alyansın baş katibi Mark Rutte ilə görüşündə bildirib ki, uzun illər NATO ölkələri ABŞ-ın üzərinə daha çox yük qoyublar.

“NATO ölkələri uzun illər ABŞ-dan istifadə edirdi. Əgər Bayden daha ağıllı davransaydı, onlardan daha çox vəsait ayırmağı tələb edərdi. Amma bunu etmədi. Obama da etmədi. Bu, illər əvvəl baş verməli idi. Açığı, Buş da bunu etmədi”, – deyə Tramp bildirib.

Trampın çıxışından sonra NATO-nun baş katibi Mark Rutte onun sözünə müdaxilə edərək ABŞ prezidentinin bu istiqamətdə əldə etdiyi nəticələri yüksək qiymətləndirib.

“Siz Duayt Eyzenhauerin vaxtilə həyata keçirməyə çalışdığı məqsədə nail oldunuz. Avropa ilə ABŞ arasında hərbi xərclərin bölüşdürülməsini daha balanslı hala gətirdiniz. Heç bir ABŞ prezidenti buna nail ola bilməmişdi. Bunu bacaran ilk prezident siz oldunuz”, – deyə Rutte vurğulayıb.

Ruttenin bu fikirlərinə cavab olaraq Donald Tramp isə qısa şəkildə, “Mən onu buna görə sevirəm”, – deyə zarafatla münasibət bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki