image-1backend

Tramp Netanyahunu HƏDƏLƏDİ  : “Cizgiləri keçmək olmaz”

image-ads-728x90

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığında, hücum mübadiləsinin regional müharibəyə çevriləcəyi təqdirdə İsrailin İrana qarşı tək qala biləcəyi barədə xəbərdarlıq edib.

Korrekt.az xəbər verir ki, Tramp İsraildə Kanal 12 televiziyasına açıqlamasında Netanyahuya İranın raket hücumlarına qarşı qisas almamasını tövsiyə etdiyini və ona “nə edəcəyinə diqqətli olmalı” olduğunu bildirib. O əlavə edib ki, əks halda Netanyahu özünü tək qala biləcək vəziyyətdə tapa bilər.

ABŞ Prezidenti vurğulayıb ki, İsrailin hücumları barədə Vaşinqton son anda məlumatlandırılıb, lakin buna baxmayaraq hücumların miqyasını məhdudlaşdırmaq mümkün olub.

Beş regional ölkə İsraildən hücumlarını dayandırmasını tələb edib. Tramp qeyd edib ki, bu ölkələr vasitəsilə İsrailə təzyiq göstərilib və İran rəsmiləri də səhər saatlarında Vaşinqtonla əlaqə saxlayıb.

Tramp həmçinin bildirib ki, Tehran rejimi İsrailə qarşı yeni hücum etməyəcəyini açıqlayıb və atəşkəs elan edib. Hadisələrdən sonra Tramp və Netanyahu arasında yenidən telefon danışığı olub və Netanyahu hücumları dayandırmağa razılıq verib.

Buna baxmayaraq, İsrail mediası xəbər verib ki, Livana hücumlar “tam güclə” davam edir. Dünən atəşkəsə baxmayaraq, İsrail ordusu Livanın paytaxtı Beyrutun Dahiye rayonuna hava hücumu həyata keçirib və İran rəsmiləri buna cavab verəcəklərini bildirib.

Gecə ərzində İrandan üç dalğada raket atıldıqdan sonra İsrailin şimalındakı bir neçə şəhərdə sirena səsləri eşidilib. İsrail ordusu İranın qərbi və mərkəzi ərazilərini hədəf aldığını açıqlayıb və Tehran raketlərlə cavab verib.

Son olaraq, İran Silahlı Qüvvələrinin müharibə aparmaqdan məsul bölməsi Xatəm əl-Ənbiya Qərargahı İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını elan edib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki