Korrekt.az xəbər verir ki, söhbət tez bir zamanda gərginləşib. Deyilənə görə, bir məqamda Tramp qışqırıb:
“Nə edirsən axı?”
Axios -un həmsöhbətlərindən biri prezidentin sözlərinin məzmununu daha sərt şəkildə çatdırdı:
“Sən lənətə gəlmiş dəlisən. Mən olmasaydım, həbsxanada olardın. Mən səni xilas edirəm. İndi hamı səndən nifrət edir.”
Mənbələr həmçinin iddia edirlər ki, Tramp son dərəcə qəzəbli olub və “yüksək tonda danışaraq”, faktiki olaraq İsrail baş nazirinə təzyiq göstərib.
Eyni mənbələrə görə, Netanyahu buna cavab olaraq diplomatik ton saxlamağa çalışıb və İsrail şəhərlərinə hücumlar dayandırılmadığı təqdirdə İsrailin Hizbullaha qarşı hərəkətlərinə davam edəcəyinə əminlik verib.
Netanyahunun ofisi İsrailin mövqeyinin dəyişmədiyini açıqladı: əgər Hizbullah atəş açmağa davam edərsə, Beyrutdakı hədəflərə zərbələr endiriləcək və Livanın cənubundakı hərbi əməliyyatlar planlaşdırıldığı kimi davam edəcək.




















