image-1backend

Tramp öldürülə bilər – Özü  sui-qəsd cəhdlərindən danışdı

image-ads-728x90

ABŞ prezidenti Donald Tramp vəzifəsi ilə bağlı riskləri başa düşdüyünü və vurulmaq qorxusu ilə yaşamadığını bildirib.

Korrekt.az xəbər verir ki, Tramp Fox News-a verdiyi müsahibədə bildirib ki, “Bu, təhlükəli peşədir. Onlar yalnız güclü prezidentləri güllələyir və ya güllələməyə çalışırlar. Mən isə çox güclüyəm. Biz bütün dünyanı dəyişdirdik, ölkəmizi xilas etdik”.

O, sui-qəsd cəhdlərindən sonra qorxu içində yaşamadığını qeyd etdi.

2024-cü ilin iyul ayında Tramp Pensilvaniya ştatının Batler şəhərində keçirilən seçki kampaniyası zamanı sağ qulağından güllə yarası alıb.

Bu ilin 25 aprelində 31 yaşlı Kaliforniya sakini Vaşinqton otelində media işçiləri üçün təşkil edilən şam yeməyində atəş açıb. Prezident həmin vaxt xəsarət almayıb və hücum edən şəxs ABŞ Məxfi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki