TƏBİB-in tabeliyində yaradılan və bu yaxınlarda xəstələrin ixtiyarına verilən Ağ Ciyər Mərkəzi ağ ciyər xəstəliklərindən əziyyət çəkən minlərlə xəstənin ümid yerinə çevrilməkdədir.Yenicə yaradılan bu mərkəzdə ilkin olaraq bu xəstəliklərdən əziyyət çəkən insanların keyfiyyətli müalicə və müayinəsi üçün maksium imkanlardan istifadə etməyə can atılır.Xəstələrin qeydiyyatı,stasionar müalicəsi,tibbi dayanıqlığın təmin edilməsi,xəstə məmmunluğu üçün lazımı imkanlar səfərbər edilir.Bütün bunlar göstərir ki,yaxın zamanlarda yeni yaradılan bu tibb müəsissəsi ölkəmizdə numunəvi tibb ocağına çevriləcəkdir.
Bu xəstəlikdən əziyyət çəkənlər hər zaman iki şeyi arzulamışlar.Sağalmaq və normal şəraiti olan tibb ocaqlarında müalicə olmaq.Bu xəstələrin arzuları isə gerkəkləşməkdədir.Belə ki, yeni yaradılan Ağ Ciyər Mərkəzində qısa zaman kəsiyində əldə olunan uğurlara görə tanınmış jurnalist,Azərbaycan Jurnalistlər Birliyinin üzvü Məzahir Həsənovun TƏBİB rəhbəri Anar Bayramova ünvanladığı müraciətdə bu məsələlər öz əksini tapır.
M.Həsənovun TƏBİB rəhbərinə ünvanladığı müraciətdə deyilir.”Sizə Azərbaycan Jurnalistlər Birliyinin,Yeni Azərbaycan Partiyasının üzvü,35 ildən çox ölkə mətbuatında çalışan,dövlət təltifləri olan veteran jurnalist kimi əhalimizin sağlamlığının qorunmasına xidmət edən yeni tibb müəsissələrimizin birində təşkil olunan yüksək xidmətə görə minnətdarlığımı bildirmək üçün müraciət edirəm.
Ölkəmizin səhiyyə sistemində həyata keçirilən islahatların müsbət nəticələri ölkə vətəndaşlarının ən çox ümüdlə gözlədiyi aktual məsələlərdəndir, desək yanılmarıq.Cənab Prezidentimiz İlham Əliyevin səhiyyə sistemində start verdiyi islahatların Sizin nəzarətinizdə olan tibb müəsissələrində daha yüksək səviyyədə özünü büruzə verməsi sevindiricidir.Bu işdə Sizin də rolunuz,əməyiniz danılmazdır.Sizin TƏBİB-rəhbərliyinə təyinatınızdan keçən müddət ərzində raslaşdığımız neqativ hallar tədricən aradan qaldırılır,tibb müəsissələrində əhaliyə xidmətlərin əlçatanlığı təmin olunur,nizam-intizam yüksək səviyyəyə qaldırılır.Əminəm ki,tez bir zamanda başladığınız işlərin gözəl nəticələrinin şahidi olacağıq.
Tanınmış jurnalist daha sonra bildirir”Bu təşəkkür məktubunu yazmağa məni vadar edəndə bir tibb müəsissəsində qarşılaşdığım münasibətə bir vətəndaş,veteran jurnalist olaraq biganə qalmamaqdır.Mən uzun illərdir ki,Ağ Ciyər xəstəliklərindən əziyyət çəkən və mütəmadi bu sahədə stasionar və ambulator müayinə alan minlərlə vətəndaşdan biriyəm.Bu xəstəlikdən əziyyət çəkən hər kəsin iki arzusu olub,sağalmaq və müalicə aldığı tibb müəsisəsində müalicə üçün normal şərait.Bu yaxınlaradək biz müalicəmizi Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri institunda almışıq.Oranın zəif maddi-texniki bazaya malik olmasına,dərman təminatının qənaətbəxş olmamasına baxmayaraq tibb personalı hər zaman əllərindən gələn köməyi xəstələrdən əsirgəməmişlər.Onlara biz hər zaman təşəkkür etməyə borcliyuq.
Sevindirici haldır ki,bu gün Ag Ciyər xəstələrinin sanki təminatlı xəstəxanalarda müalicə almaq arzusu reallaşmaq üzrədir.Qısa zaman əvvəl TƏBİB-in tabeliyində Ağ Giyər Mərkəzinin yaradılması haqqında qərarın qəbul edildiyini eşitsək də bu qərarın icrasının uzun zaman çəkəcəyini,orada normal şəraitinin yaradılacağına uzun zaman ehtiyac olacağını düşünərək ümüdsüzlüyə qapılmışdıq.Lakin, ilk dəfə olaraq bir xəstə kimi,Ağ Ciyər Mərkəzinin tabeliyinindəki müəsisələrdən birinə, NZS qəsəbəsində yerləşən Pulmonologiya xəstəxanasına müraciət edərkən yanıldığımın şahidi oldum.Qeyd edim ki, bu ünvana getmək üçün yanlışıqla Ağ Ciyər Mərkəzinin digər müəsisəsinə də baş çəkməli oldum.Açığı dünənə qədər miskin görkəmi ilə ürək ağrıdan bu tibb müəsisələrinin yenidən həyat qazanmasından,qısa zaman kəsiyində xidmətə hazırlanmasından,xəstələrə yüksək xidmətin təşkilindən sözün məcazi mənasında şokdayam.Pulmonologiya xəstəxanasında və Mərkəzin digər bölmələrində təmizlik,xəstə-həkim münasibətləri,müayinə proseslərinin təşkili ürəkaçan səviyyədədir.Pulmonologiya xəstəxanasının baş həkimi Məftun Adillinin və tibb personalının peşəkarlığını qeyd etməmək ədalətsizlik olardı.Ən əsası isə, digər xəstəxanalardan fərqli olaraq burada xəstə növbələrinin əla formada tənzimlənməsidir.Bütün bu yüksək xidmət və keyfiyyət TƏBİB rəhbəri Anar Bayramovun və Ağ Ciyər Mərkəzinin Direktoru Nəhmət Rəhmanovun işinə peşəkarcasına yanaşmalarının nəticəsində mümkün olmuşdur.
Ağ Ciyər Mərkəzinin rəhbərinin Nəhmət Rəhmanovun olduğu barədə məlumatı internet resurslarından öyrənsəm də,onun haqqında yüksək peşəkarlığa, idarəetmə qabiliyyətinə malik tibb işçisi olduğu haqqında müsbət fikirlər eşitdim.Ağ Ciyər Mərkəzində yaradılmış bu şərait deyilənlərin ən bariz sübutudur.Axı həyatda mümkün olmayan şey yoxdur.Mümkünsüzü mümkün edən məsuluyyətdir,etibarlı idarəetmədir,işinə vicdanla yanamadır.
M.Həsənov müraciətində daha sonra bildirir ki,Ağ Ciyər xəstəliklərindən əziyyət çəkən on minlərlə xəstənin sağalmaq ümüdini özünə qaytardığınız,ən çox köməyə,normal müalicəyə ehtiyacı olan bu xəstələrə yaratdığınınız yüksək xidmətə görə Sizə minnətdarlığımızı bildiririk.Əminik ki, başladığınız bu nəcib işi daha da davam etdirəcək, rahat nəfəsə ehtiyacı olan on minlərlə xəstənin rahat nəfəs almasına vəsilə olacaqsınız.İşiniz avan olsun.
Məzahir Həsənov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü





















