image-media-media-1-3x5neipm7ha41cktsv0j-pvaiuw81zc3hsegr79jfbackend

Politoloq: Erməni diasporunun Azərbaycana qarşı təxribatçı fəaliyyətləri davam edir

image-ads-728x90

“Ermənistan hakimiyyəti Azərbaycanla sülh prosesinə üstünlük verdiyini bəyan etsə də, erməni diasporunun əvvəlki mövqeyindən geri çəkilmədiyi müşahidə olunur.” -Bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

Politoloqun sözlərinə görə, erməni diasporu Ermənistan hökumətinə tabe olmayan müstəqil strukturlar kimi müxtəlif ölkələrdə Azərbaycana qarşı təbliğat kampaniyalarını və təxribat xarakterli tədbirlərini davam etdirir. Onun sözlərinə görə, yaxın günlərdə Paris və Praqada Azərbaycana qarşı növbəti aksiyaların keçirilməsi planlaşdırılır və hər iki tədbirin təşkili üçün şəhər meriyalarından razılıq alınıb.

Arzuman Muradlı qeyd edib ki, erməni diasporu müxtəlif aksiyalar və ictimai tədbirlər vasitəsilə yaşadıqları ölkələrin siyasi dairələrində və ictimaiyyətində Azərbaycan əleyhinə mövqe formalaşdırmağa çalışır.

Politoloq Fransadakı siyasi dairələrin uzun müddətdir Azərbaycana qarşı mövqedə dayandığını vurğulayıb. Onun sözlərinə görə, Çexiya isə Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığın inkişafında maraqlıdır.

A.Muradlı Polşada baş verən son hadisəyə də diqqət çəkib. O bildirib ki, Polşanın dövlət tərəfindən maliyyələşdirilən İctimai Televiziya kanalında Azərbaycan əleyhinə təxribat xarakterli reportaj yayımlanıb. Bununla əlaqədar Azərbaycanın Xarici İşlər Nazirliyi Polşanın Azərbaycandakı səfirini dəvət edib və ona etiraz notası təqdim edib.

Politoloq hesab edir ki, Çexiya kimi Polşa da Azərbaycanın Avropadakı əsas tərəfdaşlarından biridir. Bu baxımdan, onun fikrincə, erməni diasporunun təxribat xarakterli aksiyalarına şərait yaradılması ikitərəfli münasibətlər kontekstində diqqətlə qiymətləndirilməlidir.

“Böyük ehtimalla, yaxın günlərdə erməni diasporunun təxribatçı aksiyalarına şərait yaradıldığına görə Fransa və Çexiya səfirlərinin də Xarici İşlər Nazirliyinə çağırılması mümkündür. Belə də olmalıdır. Ancaq medalın başqa üzü də var”, – deyə Arzuman Muradlı bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki