İranda parlamentin azərbaycanlı deputatı Nemət İlhami Ərdəbil əyalətinin Biləsuvar şəhərində keçirilən gecə mitinqi zamanı qəfil dünyasını dəyişib.
Korrekt.az xəbər verir ki, İlhami Bayat meydanında keçirilən tədbirdə çıxış etdiyi zaman ürək tutması keçirib. Hadisə yerində ona tibbi yardım göstərilsə də, deputatın həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Nemət İlhami mühafizəkar siyasi mövqeyi, Qərblə danışıqlara qarşı çıxışları və sərt siyasi bəyanatları ilə tanınırdı.




















