Korrekt.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bildirib ki, Çin prezidenti Si Cinpin Pekinin İrana hərbi texnika verməyəcəyinə söz verib.
Eyni zamanda, Çin lideri ölkəsinin İran neftini almağa davam etmək niyyətini açıqlayıb.
Tramp həm də Çin liderinin Yaxın Şərqdəki münaqişənin, o cümlədən Hörmüz boğazının açılmasının həllində öz köməyini təklif etdiyini bildirib.





















