ABŞ prezidenti Donald Tramp Ukraynaya dəstək məsələsi ilə bağlı növbəti açıqlama verib.
Korrekt.az xəbər verir ki, o bildirib ki, Vaşinqtonun Ukraynaya yardım göstərmək kimi məcburi öhdəliyi yoxdur. Tramp bu fikri Kennedy Center-nin direktorlar şurası ilə nahar zamanı səsləndirib.
ABŞ prezidenti çıxışında Ukraynanın coğrafi baxımdan ABŞ-dan uzaqda yerləşdiyini vurğulayıb:
“Ukrayna bizdən minlərlə mil uzaqdadır, aramızda okean var”.
Tramp Ukraynadakı vəziyyəti Lebanon ilə müqayisə edərək qeyd edib ki, münaqişələrə baxmayaraq insanlar bu ölkələrdə yaşamağa davam edir:
“Onlar artıq Livanın bombalanmasına öyrəşiblər. İnsanlar Ukraynada da yaşayırlar. Hətta orada yaşamayacaqlarını düşünə bilərsiniz, amma yaşayırlar”.
O, həmçinin keçmiş prezident Co Baydeni tənqid edərək, Ukraynaya dəstəyin onun dövründə “aldadılma” nəticəsində həyata keçirildiyini iddia edib.
Tramp çıxışında NATO ölkələrinin Hörmüz boğazı ilə bağlı mövqeyinə də toxunub. O bildirib ki, alyans ölkələrinin bu bölgədə təhlükəsizliyin təmin olunmasına maraq göstərməməsi qəbuledilməzdir:
“Biz NATO ölkələri ilə Ukrayna məsələsində işləmişik. Amma ətrafımızda mina gəmiləri olduğu halda onların bu məsələdə iştirak etmək istəməməsi dəhşətlidir”.
Qeyd edək ki, daha əvvəl Böyük Britaniya və Almaniya ABŞ-ın Hörmüz boğazının açılması ilə bağlı çağırışına müsbət cavab verməyib. Çin tərəfi isə bu məsələ ilə bağlı mövqeyini açıqlamayıb.





















