ABŞ Nümayəndələr Palatası Trampın İranla müharibədə səlahiyyətlərini məhdudlaşdıran qətnamə qəbul edib.
Korrekt.az xəbər verir ki, qətnaməni Konqresin 215 üzvü dəstəkləyib, 208 üzvü isə əleyhinə çıxıb.
Bu sənəd “Prezidentdən Konqres tərəfindən icazə verilmədiyi təqdirdə ABŞ hərbi qüvvələrini İrana qarşı hərbi əməliyyatlardan geri çəkməsini tələb edir”. İstisnalar “Amerikanın, müttəfiqin və ya tərəfdaşın qaçılmaz hücumdan müdafiəsi” hallarında tətbiq olunur.
Qətnamə sonradan Senat tərəfindən təsdiqlənərsə, qüvvədə qalacaq.





















