image-image_750x_69f9e4ee89027-750-1080-resizebackend

Türkiyə – Ermənistan sərhəddi nə zaman açılacaq?

image-ads-728x90

Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç jurnalistlərə açıqlamasında Ermənistanda özünü evindəki kimi hiss etdiyini bildirib.

Korrekt.az xəbər verir ki, Serdar Kılıç Ermənistan-Türkiyə sərhədinin açılmasının vaxtı ilə bağlı hələ də dəqiq bir fikir olmadığını bildirib. O, bu açıqlamanı “Yerevan Dialoqu 2026” forumu çərçivəsində Ermənistan mediasına verdiyi müsahibədə verib.

Onun sözlərinə görə, proses texniki və bürokratik problemlər səbəbindən gecikir.

Kılıç qeyd edib ki, “Ermənistanla sərhədin açılması üçün konkret müddətlər müzakirə olunmayıb. Vaxtı çatanda və bütün rəsmiliklər başa çatanda onu açacağımıza razılaşdıq. Tikinti işləri demək olar ki, başa çatıb, lakin həll edilməli olan məsələlər qalır”.

O, bu məsələlərə kadrların təyin edilməsi, internet əlaqələrinin qurulması və digər təşkilati məsələlərin daxil olduğunu vurğulayıb. O hesab edir ki, sərhədin açılmasında heç bir siyasi maneə yoxdur; prosesi ləngidən texniki və bürokratik məsələlərdir.

Kılıç həmçinin qeyd edib ki, Ankaranın sərhədin açılması ilə bağlı siyasi iradəsi 2022-ci ilin avqust ayında formalaşıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki