Türkiyədə narkotiklə bağlı iş üzrə həbs olunanlar arasında “Beşiktaş” futbol klubunun keçmiş prezidenti Fikrət Orman və “Qalatasaray”ın keçmiş prezidenti Burak Elmas var.
Korrekt.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd olunur ki, bu şəxslər İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində İstanbul Polisinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həbs olunaraq polis bölməsinə aparılıblar.
Burak Elmasın tibbi müayinədən keçdiyi bildirilir.
Hazırkı araşdırma da genişdir.





















