Türkiyə hakimiyyəti iyulun 1-dən etibarən Bosfor və Dardanel boğazlarından gəmilərin keçidi üçün rüsumları 15 faiz artıracaq.
Korrekt.az-ın məlumatına görə , bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
Ton başına ödəniş hazırkı 5,83 dollardan 6,7 dollara qədər artacaq. Ödəniş, Bosfor və Dardanel boğazlarından keçən gəmiləri tənzimləyən 1936-cı il Montrö Konvensiyasına uyğun olaraq, gəmilərin tonajına əsasən hesablanır. Türkiyə 2022-ci ildən bəri hər il boğazlardan keçən tranzit tariflərini nəzərdən keçirir və artırır. Bundan əvvəl, uzun illər ərzində ödəniş ton başına 0,8 dollar idi.
Türkiyə Nəqliyyat Nazirliyinin məlumatına görə, 2025-ci ildə Bosfor və Dardanel boğazlarından 40 mindən çox gəmi keçib. Hər gəmi üçün orta hesabla 15.000-30.000 dollar rüsum tutulur. Alınan vəsait sahil xidmətləri, xilasetmə və tibbi xidmətlərin maliyyələşdirilməsinə, eləcə də dəniz qəzalarının nəticələrinin aradan qaldırılmasına sərf olunur.





















