image-1backend

Türkiyədə bu məşhurlar həbs edildi

image-ads-728x90

Türkiyədə məşhurları hədəf alan genişmiqyaslı narkotik əməliyyatı keçirilib.

Korrekt.az xəbər verir ki, İstanbul Anadolu Baş Prokurorluğu tərəfindən verilən məlumata görə, istintaq İstanbul Vilayət Jandarma Narkotik Cinayətləri Şöbə Müdirliyi ilə koordinasiyalı şəkildə aparılıb. Araşdırma çərçivəsində “narkotik və ya stimullaşdırıcı maddələrin əldə edilməsi, istifadəsi və saxlanması” həmçinin “narkotik maddələrin verilməsi” ittihamları üzrə 14 nəfər barəsində həbs qərarı çıxarılıb.

Keçirilən eyni vaxtlı əməliyyat nəticəsində 11 şübhəli saxlanılıb, 2 nəfərin axtarışı davam edir, 1 nəfərin isə xaricdə olduğu ehtimal olunur.

Saxlanılanlar arasında tanınmış simalar – Hafsanur Sancaktutan, Emir Can İğrek, Serra Pirinç, Ogün Alibaş, Utku Ünsal, Elif Büşra Pekin, Burak Deniz, Mert Demir, Emre Öztürk, Ender Eroğlu və Enes Güler olduğu bildirilib.

Həmçinin barəsində həbs qərarı çıxarılan Somer Sivrioğlu, Sinem Özenç Ünsal və Ahsen Eroğlunun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bundan əlavə, daha əvvəl saxlanılan və narkotik testinin nəticəsi müsbət çıxan müğənni Yusuf Güney narkotik istifadəsini təşviq etmək ittihamı ilə yenidən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki