Ankara Respublika Prokurorluğu, FETÖ terror təşkilatı ilə əlaqəli olduğu şübhə olunan 22 nəfər haqqında həbs qərarı çıxarıb. Şübhəlilərdən 8-i hazırkı hərbi qulluqçu, 10-u isə istefada olan və ya tərxis olunmuş hərbçilərdir. Digər üçü isə dövlət qulluqçusudur.
Korrekt.az xəbər verir ki, prokurorluğun verdiyi məlumata görə, şübhəlilər FETÖ-nün qondarma “məxfi xidməti” ilə əlaqəli olublar. Onların Türkiyənin müxtəlif bölgələrindəki idarəçilərlə əlaqə saxlamaq məqsədilə stasionar telefonlardan istifadə etdikləri də müəyyən edilib.
Hazırda Türkiyənin 9 vilayətində eyni vaxtda keçirilən əməliyyatlar nəticəsində şübhəli şəxslərin saxlanılması davam edir.
Xatırladaq ki, Türkiyədə 15 iyul 2016-cı ildə baş verən dövlət çevrilişinə cəhdin ardından FETÖ hərəkatı, Türkiyə, Körfəz ölkələri və Pakistan tərəfindən terror təşkilatı kimi tanınıb. Təşkilatın lideri Fətullah Gülən 20 oktyabr 2024-cü ildə ABŞ-da vəfat edib.




















