Türkiyənin qabaqcıl müdafiə sənayesi şirkətlərindən biri olan “CDS Defence”, qardaş ölkəmiz Azərbaycanda tam səlahiyyətli təmsilçilik şəbəkəsini qurub. Şirkətin Azərbaycan İdarə Heyəti sədrliyinə Baran Çelik təyin edilib.
Korrekt.az xəbər verir ki, bu şirkətdən verilən məlumatda qeyd edilib.
Şirkət Azərbaycanda aşağıdakı sahələrdə fəaliyyət göstərəcək:
Orta kalibrli 25-30-35 mm mərmilərin istehsalı və satışı
Böyük kalibrli 122-152-155 mm artilleriya mərmilərinin istehsalı və satışı
107 və 122 mm artilleriya raketlərinin istehsalı və satışı
MK seriyası hava-dənizə bombalarının istehsalı
Vakum altında TNT doldurma zavodlarının quraşdırılması
Yuxarıda qeyd olunan məhsulların “açar təslim” tipli zavod quraşdırmaları
Mütəxəssislər bildirirlər ki, bu əməkdaşlıq Azərbaycanla Türkiyə arasında həm iqtisadi, həm də strateji əlaqələrin güclənməsi baxımından önəmli addım kimi qiymətləndirilir. “CDS Defence”in Azərbaycanda fəaliyyəti regional müdafiə sənayesi üçün yeni imkanlar açmaqla yanaşı, ölkəmizin müdafiə potensialının artırılmasına da töhfə verəcək.
Rəsmi açıqlamada vurğulanır ki, bu təşəbbüs qardaş ölkələr arasında hərbi və iqtisadi əməkdaşlığı daha da möhkəmləndirəcək.Bizimyol.info





















